“Sabah”ın oyununa cəmi 3 min bilet satıldı
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS (Uels) qarşılaşmasına indiyədək 3000 bilet satılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb. İyulun 7-də “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 14-də Uelsdə keçiriləcək. Qeyd edək ki, stadionun tamaşaçı tutumu 8600-dür.

Şərh verin