Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib. Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin