"Türkiyə F-35 qırıcılarını alacaq"

Türkiyə beşinci nəsil F-35 qırıcılarını alacaq. Milli.Az Trend -ə istinadən bildirir ki,  bunu ABŞ Prezidenti Doland Tramp Ankarada Türkiyənin ev sahibliyi etdiyi NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşdə deyib. "Türkiyə F-35-ləri əldə edəcək", -deyə o bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, çərşənbə axşamı Ankarada Donald Trampla keçirdiyi danışıqların nəticələrinə əsasən ABŞ-ın F-35 qırıcıları ilə bağlı müsbət qərar verəcəyinə ümid edir. Qeyd edək ki, bu gün Ankara şəhərində NATO lidelrərinin növbəti zirvə toplantısı keçirilir. Bu gün 32 ölkənin dövlət və hökümət başçıları bir araya gələrək müdafiə xərcləri, İran böhranı, Avropanın təhlükəsizliyi və alyansın gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə edəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)