İspaniya yarımfinalda — Fransaya rəqib olur - Yenilənib - Video
DÇ-2026-da 1/4 final mərhələsi davam edir. “Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək matçda İspaniya Los-Anceles Stadionunda Belçika ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun qalibi yarımfinalda Fransaya rəqib olacaq. DÇ-2026, 1/4 final mərhələsi 10 iyul 23:00. İspaniya – Belçika. *** Matç başladı. *** İspaniya hesabı açır. 30-cu dəqiqədə Fabian Ruiz fərqlənir. *** Belçikadan bərabərlik qolu. De Ketelare 41-ci dəqiqədə fərqlənir. *** İlk hissə başa çatdı. *** İkinci hissə başladı. *** İspaniya 88-ci dəqiqədə irəli keçir. Mikel Merino fərqlənir. *** Matç başa çatdı.

Şərh verin