Ucarda yeniyetmə kanalda batdı

Ucar rayonunda yeniyetmənin su kanalında batması ehtimalı ilə əlaqədar axtarışlar aparılır. Milli.Az apa -ya istinadən xəbər verir ki,  2010-cu il təvəllüdlü Ucar şəhər sakini Ə.Hacıyev rayonun Rəstəcə kəndi ərazisindən keçən su kanalında itib. Onun suda batdığı güman olunur. Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən gecə saatlarından başlayan axtarış-xilasetmə tədbirləri davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)