DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bu gün keçiriləcək final oyunu ilə başa çatacaq. "Unikal"ın məlumatına görə, həlledici görüşdə son dünya çempionu Argentina millisi İspaniya yığması ilə qarşılaşacaq. Nyu-Yorkdakı "MetLayf" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq. Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən oyunda İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin