Azərbaycanda 39 dərəcə isti olacaq
İyulun 24-də Azərbaycanda hava əsasən günəşli və isti keçəcək. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək. Temperaturun gecə saatlarında 23-25 dərəcə, gündüz isə 33-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 45-50 faiz arasında dəyişəcək. Rayonlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq ərazilərdə gündüz saatlarında qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Dağlıq rayonlarda arabir duman müşahidə ediləcək. Küləyin mülayim şərq istiqamətində əsəcəyi bildirilir. Bölgələrdə temperaturun gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin