Moskvaya son 2 ilin ən böyük dron hücumu — Video - Fotolar
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb. Mer iyunun 18-i gecə saatlarından indiyədək Moskva ətrafında 85 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Bundan əvvəlki ən çoxsaylı dron hücumu bu il mayın 17-si qeydə alınıb. Həmin vaxt Rusiya paytaxtına hücum edən 81 dronun zərərsizləşdirildiyi bildirilir. İlkin məlumatlara görə, şəhərdə yerləşən neft emalı zavodunda yanğın baş verib, hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Şərh verin